RU

RİNN kollektivi Ulu Öndərin məzarını ziyarət edib - FOTOLAR

Bu gün müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Nazirlikdən "Unikal"a verilən məlumata görə, ziyarətçilər Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Избранный
0
15
unikal.az

10Источники