RU

Məhəmməd Salah üçüncü dəfə İngiltərədə ilin futbolçusu seçilib

"Liverpul"un hücumçusu Məhəmməd Salah Futbol Yazıçıları Assosiasiyası (FWA) tərəfindən üçüncü dəfə İngiltərədə ilin futbolçusu seçilib.

"Report" xəbər veir ki, bu barədə FWA-nın mətbuat xidməti məlumat yayıb.

32 yaşlı misirli futbolçu 90 faiz səs toplayıb. Salah bu mükafatı üçüncü dəfə qazanıb. O, 2018 və 2022-ci illərdə də ən yaxşı futbolçu adına layiq görülmüşdü. Bu mükafatı üç dəfə qazanan digər oyunçu isə "Arsenal"ın sabiq üzvü Tyerri Anridir.

Qeyd edək ki, M.Salah 2024/2025 mövsümündə Premyer Liqada meydana çıxdığı 35 matçda 28 qola və 18 məhsuldar ötürməyə imza atıb. Mersisayd təmsilçisi cari mövsüm İngiltərə çempionluğunu rəsmiləşdirib. Komanda bu uğura 20-ci dəfə nail olub.

Избранный
0
report.az

1Источники