"Heyvanıstan" və "1984" kimi məşhur kitabların müəllifi, britaniyalı yazıçı Corc Oruellin arxivi satılmaqdan xilas edilib.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Məlumata görə, London Universitet Kolleci Corc Oruellin arxivini ikinci əl kitab satıcılarından 154 min funt-sterlinqə satın alıb.
Arxivə 160-a yaxın sənəd - məktublar, müqavilələr, redaksiya qeydləri, romanların ilkin qaralamaları daxildir.
Oruellin qeydlərində 1930-cu illərdə Avropanın siyasəti ilə bağlı müşahidələr də var.