Şəmkirdə intihar hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini 2004-cü il təvəllüdlü İ. Rüstəmov həyətlərində olan istixanada özünü asıb.
Gəncin meyiti ailə üzvləri tərəfindən asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Gəncin hansı səbəbdən intihar etməsi məlum deyil.
Qeyd edək ki, intihar edən İ. Rüstəmov 1-ci Qarabağ müharibəsi zamanı şəhid olmuş Rüstəmov Hüseyn Mayıl oğlunun qardaşı oğludur.
Faktla bağlı araşdırma aparılır.