Alimlər kəşf ediblər ki, təbiət şəkilləri beyin fəaliyyətini dəyişdirərək ağrıları aradan qaldıra bilir. Vyana Universitetinin nevroloqları və beynəlxalq tədqiqat komandası tərəfindən aparılan yeni bir araşdırma, təbiətlə qarşılıqlı əlaqənin fiziki ağrıları azalda biləcəyini ortaya qoyub.
Manset.az xarici KİV-ə istinadla bildirir ki, təkcə təbiətdə olmaq deyil, həm də təbiət videolarına baxmaq da ağrıkəsici effekt verir.
Tədqiqat çərçivəsində funksional maqnit rezonans görüntüləmə (fMRI) istifadə edilib və iştirakçıların təbiət mənzərələrini seyr edərkən hiss etdikləri ağrıları daha az şiddətli və narahatedici olaraq qiymətləndirdikləri müşahidə edilib.
Məlum olub ki, beynin ağrı emal mərkəzlərində aktivlik azalıb. Bu kəşf göstərir ki, təbiətə əsaslanan müalicələr ağrının idarə olunması üçün təsirli və tamamlayıcı bir üsul ola bilər.
Yeganə