"Real"ın futbolçusu Arda Gülər "Players Tribune" nəşrinə müsahibə verib.
Bizim.Media xəbər verir ki, türkiyəli yarımmüdafiəçi öz xarakteri haqda danışıb:
"İnsanlar məni yaradıcı futbolçu kimi görür, amma mən həm də bir döyüşçüyəm. Məni ehtiyatda saxlayırsansa, daha da çox çalışacağam. Haqqımda pis danışırsansa, səni yerlə bir edəcəyəm. Avstriya videosunu görəndə, Maykl Cordan moduna keçən mən oldum.
Oyunboyu haqqımda mahnı oxuyurdular. Üstümə pivə stəkanları atırdılar. Mükəmməl. İkinci qolumuzun ötürməsini edəndə Avstriya azarkeşlərinə tərəf döndüm. Təşəkkür edirəm. Görünür, bunu çox şəxsi qəbul etdim".
Qeyd edək ki, Arda Gülər 38 oyuna çıxaraq 5 qol vurub və 9 qolun ötürməsini edib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта