RU

Bakıda 29 dərəcə isti olacaq -SABAHIN HAVASI

Mayın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata görə, havanın temperaturu gecə 15-18°, gündüz 25-29° isti olacaq. 

 

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək. 

 

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 14-19°, gündüz 26-31°, dağlarda gecə 5-10°, gündüz 17-22° isti olacaq.  

 

Избранный
0
49
senzor.az

10Источники