Hindistan mayın 15-dək 32 hava limanının fəaliyyətini dayandırıb.
"Unikal" xəbər verir ki, bu barədə Hindistan Mülki Aviasiya Baş Müdirliyi məlumat yayıb.
“Otuz iki hava limanı mayın 15-i saat 5.29-a (Moskva vaxtı ilə 7.59) qədər müvəqqəti olaraq mülki uçuşlar üçün bağlı qalacaq”, - məlumatda deyilir.
Qeyd olunur ki, Adhampur, Ambala, Amritsar, Avantipur, Bathinda, Bhuj, Bikaner, Chandigarh, Halvara, Hindon və Cəmmu hava limanlarında məhdudiyyətlər tətbiq edilib.