RU

"Oyundan məmnunam" - Vasili Berezutski

Misli Premyer Liqasının 34-cü turunda öz meydanında "Şamaxı"nı 1:3 hesabı ilə məğlub edən "Sabah"ın baş məşqçisi Vasili Berezutski oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, Masazır təmsilçisinin rus baş məşqçisi belə danışıb:

"Bizim üçün vacib qələbədir. Bu qalibiyyət komandanı emosional cəhətdən daha da inkişaf etdirəcək. Bu gün pis oynamadıq. Sadəcə olaraq buraxdığımız qolda taktiki səhvə yol verdik. Ümumi götürsək, oyundan məmnunam”. 

Избранный
0
fanat.az

1Источники