RU

Vasili Berezutski: "Oyundan məmnunam"

"Bizim üçün vacib qələbədir".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Şamaxı" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis Misli Premyer Liqasının 34-cü turunda doğma meydanda qazanılan 2:1 hesablı qələbəni şərh edib: "Bu qalibiyyət komandanı emosional cəhətdən daha da inkişaf etdirəcək. Bu gün pis oynamadıq. Sadəcə olaraq buraxdığımız qolda taktiki səhvə yol verdik. Ümumi götürsək, oyundan məmnunam".

Qeyd edək ki, "Sabah" mövsümdə 9-cu qələbəsini qazanıb.

İdman.biz

Избранный
0
4
idman.biz

6Источники