"Bayer" komandadan ayrılacaq baş məşqçisi Xabi Alonso ilə vidalaşıb.
QOL.az xəbər verir ki, klub sosial şəbəkə hesablarında ispaniyalı mütəxəssis təşəkkür edib.
Leverkuzen təmsilçisinin paylaşımında bildirilib: "Professor, məşqçidən daha çox əfsanə. Hər şeyə görə təşəkkür edirik".
Xabi Alonsonun yeni mövsümdən "Real"ı çalışdıracğı gözlənilir.
Qeyd edək ki, 43 yaşlı mütəxəssis 2022-ci ildən "Bayer"in baş məşqçisidir. Leverkuzen klubu ötən mövsüm Alonsonun rəhbərliyi altında ilk dəfə Almaniya çempionu olub.