Macarıstan millisinin baş məşqçi Marko Rossi ilə müqavilə müddəti üzadılıb.
QOL.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
İtaliyalı mütəxəssisin yeni sözləşməsi 2030-cu il iyunun 30-na qədərdir. O, 2018-ci ildən bu millini çalışdırır.
Qeyd edək ki, iyunun 10-da Azərbaycan və Macarıstan milliləri Bakıda yoldaşlıq oyununda üz-üzə gələcək.