RU

Böyük Vətən Müharibəsinin arxa cəbhə qəhrəmanı: “Hamı bu işə səfərbər olmuşdu” - FOTO

"Müharibə  başlayanda 11 yaşım vardı. Kolxozda işçi qüvvəsi çatışmırdı, bizi kolxoza işə cəlb etdilər, gücüm çatmasa da, çətinliklə işə alışdım və müharibənin sonunacan orada işlədim".

Bu sözləri Bizim.Media-ya müsahibəsində Siyəzən rayonunun Zarat kənd sakini, 95 yaşlı Ağamalı Mursaqulu oğlu Ağamalıyev deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Şimal bölgəsinin yeganə sağ qalan 101 yaşlı veteranı – Qaflan Ömərovun HƏYAT HEKAYƏSİ


“Kolxozda hansı işi görmüsünüz” sualına ağsaqqal veteranın cavabı belə olub:

"Çubuqla öküzü vururdum, şum sürürdük. Öküzlər qoşulan arabanın çubuqçusu idim. Taxıl çox vacib, strateji məhsul idi. Aclığa qarşı taxıl yetişdirilməsi əsas şüar idi ölkəmizdə...Hamı  bu işə səfərbər olmuşdu".

İkinci Dünya müharibəsinin arxa cəbhə qəhrəmanı olan Ağamalı Ağamalıyev uzun illər Zarat kəndində kombaynçı və traktorçu kimi işləyib, taxıl yetişdirənlərə bu yolla kömək edib. Hesab edib ki, ölkənin əsas qida məhsulu olan taxıl bütün dövrlərdə gərəkli və vacib nemətdir.

İkinci Dünya Müharibəsində alman faşizmi üzərində tarixi qələbənin 80 illiyi günündə 95 yaşlı arxa cəbhə veteranı Siyəzən icra başçısının Zarat kəndi üzrə nümayəndəsi Vaqif Şahbazov və Həmyə bələdiyyəsinin sədri tərəfindən yaşadığı evdə ziyarət olunub.

Vaqif Şahbazov Bizim.Media-ya ağsaqqalın gümrah olduğunu, oğul, qız, nəvə-nəticələrinin ətrafında qayğı ilə əhatə olunduğunu bildirib. Ağamalı Ağamalıyev söhbət zamanı müharibə kimi dəhşətli kabusa nifrət etdiyini, Azərbaycanda və dünyada  sülh olmasını həmişə arzu etdiyini söyləyib.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Избранный
0
37
bizim.media

10Источники