RU

"Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR — VİDEO

"Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini edib.

Demokrat.az xəbər verir ki, iştirakçılarımızın "Run With U" mahnısının səhnə şousundan 30 saniyəlik görüntülər artıq ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, "Avroviziya 2025" mahnı müsabiqəsi bu il İsveçrənin Bazel şəhərində keçiriləcək və "Mamagama" qrupu mayın 13-də birinci yarımfinalda 10-cu nömrə altında səhnədə çıxış edəcək.

Azərbaycanla birlikdə həmin gün Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də yarışacaqlar.

Müsabiqənin ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.
 
Избранный
0
4
demokrat.az

8Источники