RU

“Çelsi” və “Betis” finala yüksəldi

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, “Çelsi” İngiltərədə İsveçin “Yurqorden” komandasını qəbul edib. İlk matçda 4:1 hesabı ilə qalib gələn London klubu bu dəfə də sevinən tərəf olub - 1:0. Bununla da "zadəganlar" finala yüksəlib.

 

İspaniyanın “Betis” klubu isə İtaliyada “Fiorentina”nın qonağı olub. İlk matçda 2:1 hesabı ilə rəqibini məğlub edən Sevilya təmsilçisi cavab görüşündə eyni hesabla uduzub. Əlavə vaxta gedən qarşılaşmada bir top vuran "Betis" həlledici raundda "Çelsi" ilə üz-üzə gələcək.

 

UEFA Konfrans Liqası

 

Yarımfinal, cavab oyunları

 

8 may

 

23:00. “Fiorentina” (İtaliya) - “Betis” (İspaniya) - 2:2

 

İlk oyun - 1:2

 

23:00. “Çelsi” (İngiltərə) - “Yurqorden” (İsveç) 1:0.

 

İlk oyun - 4:1

 

Qeyd edək ki, turnirin final görüşü mayın 28-də Polşada təşkil olunacaq.

Избранный
0
10
modern.az

10Источники