RU

Türkiyədən Sudana səyahət xəbərdarlığı

BAKI, 9 may. TELEQRAF

Türkiyə Xarici İşlər Nazirliyi Sudanda təhlükəsizlik şəraitinin pisləşməsi ilə əlaqədar vətəndaşlara səyahət xəbərdarlığı edib.

Teleqraf Türkiyə XİN-ə istinadən xəbər verir ki, açıqlamada 27 dekabr 2023-cü il tarixli Sudan üçün "səyahət və təhlükəsizlik elanı"nın hələ də qüvvədə olduğu xatırladılıb və zərurət olmadıqca Sudana səfər etməmək istənilib.

Türkiyə XİN hazırda Sudanda olan Türkiyə vətəndaşlarını diqqətli olmağa çağırıb.

Bəyanatda Sudandakı vətəndaşlara ölkəni tez və təhlükəsiz şəkildə tərk etmələri tövsiyə edilib.

Избранный
0
teleqraf.com

1Источники