RU

Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq

Bakı. Trend:

2026-cı il Qış Olimpiya Oyunları üçün Olimpiya məşəli noyabrın26-da Qədim Olimpiyada keçiriləcək mərasimdə alovlandırılacaq.

Trend-in məlumatına görə, bu barədə Yunanıstanın Milli OlimpiyaKomitəsi (MOK) məlumat yayıb.

"2025-ci il noyabrın 26-da keçiriləcək "Milan - Kortinad'Ampezzo" 2026-cı il Qış Olimpiya Oyunları üçün Olimpiya məşəlininyandırılması mərasiminə altı ay qalmış Yunanıstan MOK dekabrın4-dək davam edəcək Olimpiya məşəli estafetini Yunanıstan ərazisindəelan edir. Onun Yunanıstan ərazisindən keçən marşrutu 9 gün davamedəcək, 2,2 min km məsafəni əhatə edəcək və ölkənin 23prefekturasını və 7 regionunu keçəcək. Tədbir çərçivəsində Olimpiyaməşəlinin qarşılanması üçün 36 yerli mərasim keçiriləcək", - deyəbildirilib.

Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunları fevralın 6-dan22-dək Milanda və Kortina d'Ampezzoda keçiriləcək.

Избранный
0
az.trend.az

1Источники