RU

Şimali Koreya Kim Çen İnin rəhbərliyi ilə raket təlimləri keçirib

Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, təlimlərdə 600 mm-lik uzunmənzilli çoxsaylı buraxılış raket sistemi və "Hwasong-11ga" taktiki ballistik raketi iştirak edib.

Koreya Xalq Ordusu uzun mənzilli silahlar və raket sistemləri ilə hücumların məşqini əhatə edən birgə təlimlər keçirib.

Operativ Media xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi ( KCNA ) məlumat yayıb .

Təlimlərin Kim Çen İnin rəhbərliyi altında keçirildiyi vurğulanır. KCNA-nın məlumatına görə, təlimlərdə 600 mm-lik uzunmənzilli çoxsaylı buraxılış raket sistemi və "Hwasong-11ga" taktiki ballistik raketi iştirak edib.

“Həmçinin, bütün bölmələrin təcili olaraq nüvə əks-hücumuna hazırlıq vəziyyətinə keçirilməsi proseduru və prosesinin məşq edilməsi, komanda heyəti üçün əks-hücum sistemlərindən istifadə üzrə ayrıca təlimlər keçirilib”, - deyə KCNA-nın bəyanatında deyilir.

Избранный
0
operativmedia.az

1Источники