RU

Tramp yeni Papanı təbrik etdi

ABŞ Prezidenti Donald Tramp Robert Prevostı yeni Roma Papası seçilməsi münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, D.Tramp bununla bağlı "X" hesabında paylaşım edib.

"Papa seçilən kardinal Robert Frensis Prevostı təbrik edirəm. İlk Amerikalı Papa olmaq nə qədər şərəflidir. Nə qədər həyəcanlı hadisədir və ölkəmiz üçün böyük şərəfdir. Mən Papa XIV Leo ilə görüşməyi səbirsizliklə gözləyirəm. Bu, çox əlamətdar bir an olacaq", - o bildirib.

Избранный
0
50
publika.az

10Источники