RU

Britaniya Rusiyanın "kölgə donanması"na sanksiyalar tətbiq edəcək

BAKI, 9 may. TELEQRAF

Böyük Britaniya hökuməti Rusiyanın "kölgə donanması"na daxil olan 100-dək neft tankerinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, bu tankerlərdən Rusiya neftinin satışına qoyulan məhdudiyyətlərdən yayınmaq üçün istifadə olunduğu bildirilir.

Britaniya tərəfinin məlumatına görə, bu gəmilər ötən ilin əvvəlindən indiyədək dəyəri 24 milyard ABŞ dollarından çox yük daşıyıb, bəzi gəmilər isə son dərəcə vacib infrastrukturun zədələnməsində iştirak edib.

Избранный
0
teleqraf.com

1Источники