RU

Pakistan ordusu daha iki Hindistan qırıcısını MƏHV ETDİ

Çin istehsalı olan ən yaxşı Pakistan qırıcı təyyarəsi çərşənbə günü ən azı iki Hindistan hərbi təyyarəsini vurub.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İki ABŞ rəsmisi agentliyə bildirib ki, bu, Pekinin qabaqcıl döyüş təyyarəsi üçün mühüm mərhələdir.

Hindistan Hərbi Hava Qüvvələrinin sözçüsü "Reuters"in hesabatı ilə bağlı suala cavab verməyib.

Aparıcı Çin qırıcı təyyarəsinin Qərb rəqibinə qarşı performansı Pekinin Tayvan və ya daha geniş Hind-Sakit Okean hövzəsi ilə bağlı hər hansı qarşıdurmada necə nəticə göstərə biləcəyini öyrənmək üçün Vaşinqtonda yaxından izlənir.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmilərindən biri Pakistanın Çin istehsalı olan "J-10" təyyarəsindən Hindistan qırıcılarına qarşı hava-hava tipli raketlər atmaq üçün istifadə etdiyinə çox inandığı bildirib: ən azı ikisini vurub.

Избранный
0
1
publika.az

2Источники