RU

Ezginin evini “bomj”lar ələ keçirdi

Məşhur türkiyəli aktrisa Ezgi Mola İspaniyanın Barselona şəhərində aldığı evi “bomj”lar tərəfindən zəbt edilib.

“Qafqazinfo” bu barədə “Sabah Günaydın”a istinadən xəbər verir.

Məlumata görə, Ezgi Mola 2023-cü ildə Barselonanın sıx yaşayış bölgələrindən biri olan El Bornda ev alıb. 

Ezginin vaxtaşırı evinə nəzarət edən Barselonadakı rəfiqəsi sonuncu dəfə ora gedəndə evdə birinin yaşadığını görüb.

Məlum olub ki, “bomj”lar aktrisanın evinin bir müddətdir boş qalmasından istifadə edərək zəbt edib.

Molanın İspaniyadakı evinin satış qiyməti açıqlanmasa da, bölgədəki mənzil qiymətlərinin 700 min avrodan (1 milyon 350 min manat) başladığı bildirilir.



Избранный
0
1
qafqazinfo.az

2Источники