Bu gecə UEFA Konfrans Liqasında yarımfinal mərhələsi yekunlaşacaq.
QOL.az xəbər verir ki, cavab oyunlarının ikisi də eyni gündə keçiriləcək. Nəticədə turnirin cari mövsümünün finalçıları məlum olacaq.
"Çelsi" ilk görüşdə 4:1 hesabı ilə məğlub etdiyi "Yurqorden"lə bu dəfə Londonda qarşılaşacaq. "Fiorentina" isə ötən həftə 1:2 hesabı ilə uduzduğu "Betis"i qəbul edəcək. Matçlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, KL-in final oyunu mayın 28-də Polşanın Vrotslav şəhərindəki "Wroclaw Stadium"da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
8 may
23:00. "Çelsi" (İngiltərə) - "Yurqorden" (İsveç) - 1:0
Hakimlər: Joao Pinyero, Bruno Jesus, Lusiano Maia, Luis Qodinyo (Portuqaliya)
VAR: Tiaqo Martins (Portuqaliya)
AVAR: Andre Narkiso (Portuqaliya)
"Stemford Bdirc", London.
İlk oyun - 4:1
23:00. "Fiorentina" (İtaliya) - "Betis" (İspaniya) - 2:2
Hakimlər: Qlenn Nyuberq, Mahbod Beyqi, Andreas Syöderkvist, Mohammed Əl-Hakim (İsveç)
VAR: Pol van Bokel (Niderland)
AVAR: Kley Ruperti (Niderland)
"Stadio Artemio Franki", Florensiya.
İlk oyun - 1:2