RU

“Fransisin islahatları davam edəcək”

Robert Frensis Prevost (Pope Leo XIV) 14 sentyabr 1955-ci ildə Çikaqoda Louis Marius Prevost və Mildred Martinezin oğlu olaraq anadan olub. II Dünya müharibəsinin ABŞ Hərbi Dəniz Qüvvələri veteranı və məktəb müdiri olan atası fransız və italyan əsilli, kitabxanaçı olan anası isə ispan əsilli idi.

Prevost ingilis, ispan, italyan, fransız və portuqal dillərini bilir və latın və alman dillərində isə oxuya bilir.

2012-ci ildə Prevost “homoseksual həyat tərzi” və “eyni cinsdən olan tərəfdaşlardan və onların övladlığa götürülmüş uşaqlarından ibarət alternativ ailələrə” istinad edərək, çağdaş mədəniyyətin “İncillə ziddiyyət təşkil edən inanc və təcrübələrə rəğbət bəslədiyini” təəssüflə qeyd etdi. Papa Fransisin 2023-cü il bəyannaməsindən sonra Fidusiya duaçıları katolik keşişlərinə kilsə təliminə görə evli olmayan cütlüklərə (eyni cinsli cütlüklər də daxil olmaqla) xeyir-dua verməyə icazə verib…

O, Fransisin başladığı islahatları davam etdirəcəyini bildirib.  Ancaq bəllidir ki, Fransisk LGBTQ-ni dəstəkləyən müyyən addımlar atıb. Lakin yeni papa LGBTQ+ əleyhinə bəzi bəyanatlar verib. 2012-ci ildə yepiskopların iclasında o, ‘İncillə ziddiyyət təşkil edən inanclara və təcrübələrə rəğbət bəslənməsini’ təşviq etdiyinə görə cağdaş mədəniyyətləri qınayıb. Xüsusi olaraq “homoseksual həyat tərzi” və “eyni cinsdən olan partnyorlar və onların övladlığa götürülmüş uşaqlarından ibarət alternativ ailələri” yada salıb. Perunun Çiclayo yepiskopu olaraq o, məktəblərdə gender məsələsinin də tədris planına daxil edilməsinə etiraz edərək deyib: “Gender ideologiyasının təbliği çaşqınlıq yaradır, çünki o, mövcud olmayan cinsləri yaratmağa çalışır”…

Donald Tramp LGBTQ+  məsələsinə qəti etiraz edir. Amerikalı Papa da katolik kilsəsinin LGBTQ+ olan əvvəlki tolerant münasibətini aradan qaldıracaq…

Избранный
0
vaxt.az

1Источники