PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının finalında "İnter"lə keçirəcəkləri oyun haqda danışıb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlama verib.
"Onlar finala hazırdırlar, "İnter" dominant komandadır. Bu matça düzgün münasibətlə yanaşmaq lazımdır"
Xatırladaq ki, Çempionlar Liqasının yarımfinalında Paris klubu “Arsenal” klubu ilə iki oyunda 3:1 hesabı ilə qalib gəlib. “İnter” və PSJ arasında turnirin finalı mayın 31-də Münhendə baş tutacaq.