"Mançester Yunayted" yay transfer pəncərəsində hücumçu Moise Kinin transferi ilə bağlı "Fiorentina" ilə razılığa gəlməyə çalışırlar.
90deqiqe.Az-ın “Footmercato”ya istinadən verdiyi məlumata görə, "qırmızı şeytanlar" "bənövşəyilər" ilə əla mövsüm keçirən 25 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.
Mütəxəssislər İtaliya millisinin forvardının transfer dəyərini 40 milyon avro qiymətləndirirlər.
Qeyd edək ki, bundan əvvəl mətbuatda Kinlə “Barselona” və “Arsenal”ın maraqlanması ilə bağlı xəbərlər yayılmışdı.
Xatırladaq ki, italiyalı oyunçu bu mövsüm Florensiya klubunun heyətində İtaliya çempionatında 30 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib.