RU

Martinez "Aston Villa"nı tərk edə bilər

"Aston Villa"nın qapıçısı Emiliano Martinez bu mövsüm başa çatdıqdan sonra komandanı tərk edə bilər.

90deqiqe.Az-ın “Daily Mail”ə istinadən verdiyi məlumata görə, 32 yaşlı futbolçu yayda klubunu dəyişə bilər, çünki  Birmingem təmsilçisi qapıçı mövqeyini yeniləmək istəyir.

Qeyd edək ki, Martinezin Birmingem klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir və ekspertlər onun transfer dəyərini 25 milyon avro qiymətləndirirlər.

Xatırladaq ki, argentinalı  oyunçu 2020-ci ildən “Aston Villa”da çıxış edir.Bu mövsüm argentinalı qolkiper Birmingem komandasının heyətində İngiltərə çempionatında 34 oyun keçirib, 7 oyunda qapısını təmiz saxlayıb.

Избранный
0
90deqiqe.az

1Источники