RU

Birinci Liqa: “Qəbələ”dən inamlı, “Difai”dən çətin qələbə

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 25-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Qəbələ” – “Cəbrayıl” oyununda meydan sahibləri inamlı qələbəyə seviniblər. Üç qolluq “Baku Sportinq” – “Difai” görüşü isə qonaq komandanın qələbəsiylə yekunlaşıb.

25-ci turun qalan görüşləri mayın 9-da keçiriləcək. Bütün görüşlərə saat 17:00-da start veriləcək.

Birinci Liqa
25-ci tur

8 may

“Qəbələ” – “Cəbrayıl” 3:1
Qollar: Samir İbrahimov, 39-öz qapısına. Ürfan İsmayılov, 61. Domi Massumo, 80 – Taleh Qarayev, 78.
Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu. 17:00.

“Baku Sportinq” – “Difai” 1:2
Qollar: Elşən Abdullayev, 69 – Arzu Atakişiyev, 86. Xəyyam Məmmədli, 90+1.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu. 17:00.

9 may

“Qaradağ Lökbatan” – MOİK
Hakimlər: Rauf Cabbarov, Orxan İbişov, Sənan Atayev, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu. 17:00.

“Zaqatala” – “Karvan”
Hakimlər: Murad Səlimov, Elman Kərimov, Elmin Süleymanov, İslam Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 17:00.

“Mingəçevir” – “İmişli”
Hakimlər: Nicat İsmayıllı, Mirnihad Seyidov, Asif Abdullayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança). 17:00.

Избранный
0
1
arena.az

8Источники