RU

“Şrek 5”in süjeti İNTERNETƏ SIZDIRIDLI

“Şrek 5” cizgi filminin süjeti internetə sızdırılıb.

Publika.az xəbər verir ki, sözügedən məlumatı “MyTimeToShine” ləqəbli insayder "X" sosial şəbəkəsində paylaşıb.

"Şrek"in qızı (Zendaya tərəfindən oynanılır) sehrdən istifadə edir və təsadüfən Şrek və Eşşəyi real dünyaya aparır. İndi onlar geri qayıtmağın bir yolunu tapmalıdırlar, çünki o, onları evə gətirmək üçün sehri bilmir", - məlumatda deyilir.

Lakin bu məlumatın rəsmi təsdiqi yoxdur.

"Şrek 5" cizgi filminin premyerası 2026-cı ilin dekabrında baş tutacaq. Cizgi filminin buraxılışı "DreamWorks Animation" studiyasının 25 illik yubileyinə təsadüf edir.

Избранный
0
publika.az

1Источники