Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) maraqlı statistika dərc edib.
Offsideplus.az xəbər verir ki, qurum dünyanın 65 liqasında forma geyinən futbolçuların orta yaş həddini müəyyənləşdirib.
CIES statistikanı 4 kateqoriya - 21, 22-25, 26-29 və 30-dan yuxarı yaşa uyğun malik oyunçular üzrə hazırlayıb.
Dünyada ən çox gənc futbolçulara üstünlük verən klub Belçikanın ikinci liqa təmsilçisi "Lommel"dir. Bu komandanın heyətinin 69,4% faizini 21 yaşadək oyunçular təşkil edir. İkinci sırada "Rux" (Ukrayna, 64,3%), üçüncü pillədə isə SBV "Vitesse" (Niderland, 59,9 faiz).
Avropanın 5 ən güclü çempionatından ilk "üçlüy"ə "Strasbur" (59,4%), "Barselona" (38,3%) və "Reyms" (29,7%) düşüb.
Təbii ki, bizi ən çox Misli Premyer Liqası klublarındakı durum maraqlandırır. Statistikaya baxdıqda məlum olur ki, Azərbaycanın ən gənc futbol klubu "Şamaxı"dır. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin 22,5%-nin yaşı 21-dən çox deyil.
Ümumiyyətlə, "Şamaxı" rəhbərliyinin siyasəti, futbolla bağlı planları həmişə yaxşı mənada fərqlənib. Ölkəmizin dilbər guşələrindən birində fəaliyyət göstərən klub inkişaf konsepsiyasında gənclərə üstünlük verir, Şamaxıda futbolun sevilməsinə, kütləviləşməsinə çalışır.
Ayxan Abbasovun ötən il əsas komandaya baş məşqçi təyin olunması ilə gənc, perspektivli futbolçuların üzünə qapılar taybatay açılıb. O, Premyer Liqanın cari mövsümündə gənc oyunçularla bağlı cəsarətli, riskli qərarlar verməyi ilə diqqət çəkib. Demək olar, çempionatın hər turunda "Şamaxı"nın heyətində cavan futbolçular göz oxşayır. Komandada Edqar Adilxanov, Rüfət Abbasov, Fəxri Məmmədli və digərlərinin oyunu gələcəyə ümidlə baxmağa zəmin yaradır.
Üstəlik, A.Abbasov "Şamaxı"nın əvəzedicilərdən ibarət heyətinin üzvlərini daima əsas komandanın məşqlərinə cəlb edir. Məqsəd futbolçuların yeniyetmə yaşlarında böyük futbolun ab-havasını duymasını, daha ciddi yarışlara psixoloji, fiziki, funksional cəhətdən hazır olmasıdır.
"Şamaxı" bu mövsüm Premyer Liqada yüksək yerlər tuta bilməsə də, ən gənc komanda qismində yaş üzrə çempiondur. Bu, Azərbaycan futbolu üçün ən böyük töhfə, ən ciddi uğurdur. "Şamaxı"da rəhbərlik və məşqçilər korpusunun birgə səmərəli fəaliyyətinə əsasən əminliklə deyə bilərik ki, heyətdəki gənc futbolçular ardıcıllıqla, U-21 yığmamızda və daha sonra əsas milli komandada çıxış etmək şərəfinə nail olacaqlar.
Gənclər həm də Azərbaycan futbolunun gələcəyidir. "Şamaxı"nın timsalında futbolumuzun gələcəyinin əmin əllərdə olduğunu söyləmək mümkündür.
21 yaşadək (faizlə) |
22-25 yaş (faizlə) |
26-29 yaş (faizlə) |
30-dan yuxarı faizlə) |
|
"Şamaxı" |
22,5 |
20,9 |
41,2 |
15,4 |
"Neftçi" |
13,1 |
10,4 |
35,5 |
41,1 |
"Sabah" |
9,3 |
27,1 |
39,1 |
24,5 |
"Sumqayıt" |
8,2 |
23,4 |
48,6 |
19,7 |
"Zirə" |
7,0 |
22,8 |
53,9 |
16,4 |
"Qarabağ" |
5,7 |
30,7 |
36,4 |
27,3 |
"Səbail" |
3,2 |
56,7 |
28,8 |
11,3 |
"Kəpəz" |
3,1 |
40,2 |
47,1 |
9,6 |
"Araz-Naxçıvan" |
2,5 |
3,6 |
37,3 |
56,6 |
"Turan Tovuz" |
2,1 |
35,7 |
38,6 |
23,6 |
ReplyForward
|