1500-dən çox rus türk hava yollarının Moskvaya reyslərini ləğv etməsi səbəbindən Türkiyədə ilişib qalıb.
Far.Az xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, Türk Hava Yolları və Pegasus Hava Yolları mayın 8-nə planlaşdırılan Moskvaya/Moskvadan 31 reysi, həmçinin mayın 9-na planlaşdırılan səkkiz gecə reysini ləğv edib.
Xatırladaq ki, Moskvaya yola düşə bilməyən dörd reysin sərnişinlərinin yemək daxil olmaqla beşulduzlu oteldə yerləşdirildiyi bildirilir.
Mayın 8-də Rosaviatsia xəbər verib ki, yaxın vaxtlarda Türk Hava Yolları və digər xarici aviaşirkətlərdə vəziyyətin stabilləşəcəyi gözlənilir.