RU

Prezident təqaüdünün məbləği nə qədərdir?

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrində böyük xidmətləri olmuş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə təsis edilib.

 

Sfera.az bildirir ki, bu təqaüdün məbləği 2023-cü il yanvarın 1-dən etibarən 1500 manat olaraq müəyyən edilib.

 

Təqaüdün verilməsi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə həyata keçirilir və dövlət büdcəsi hesabına ödənilir. Hər biri 1500 manat məbləğində olmaqla, ümumilikdə 500 fərdi təqaüd müəyyən olunub. Təqaüd yalnız nağdsız qaydada, plastik bank kartları vasitəsilə ödənilir.

 

İnci

 


 

Избранный
0
sfera.az

1Источники