RU

Rusiyalı turistlər naçar qalıblar: Türkiyə Rusiyaya uçuşları niyə ləğv edib?

Rusiya turoperatorları Rusiyaya uçuşların ləğvi ilə bağlı hələlik Türk Hava Yollarından ətraflı məlumat almayıblar və yalnız bunu aldıqdan sonra turistlər üçün tövsiyələr hazırlamağa başlayacaqlar.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) mətbuat xidməti məlumat yayıb.

"ATOR vəziyyəti izləyir və aviaşirkətdən açıqlama gözləyir. İndiyədək turoperatorlar Türk Hava Yollarından uçuşların müvəqqəti dayandırılması ilə bağlı elandan başqa heç bir məlumat almayıb. Turoperatorlar daha ətraflı məlumat aldıqdan sonra tərəfdaşlarla birgə qərarlar qəbul edəcək və turistlər üçün tövsiyələr formalaşdıracaq", - deyə assosiasiyadan bildiriblər.

Qeyd eək ki, Türk Hava Yolları cümə axşamı Türkiyə kurortlarından Rusiya şəhərlərinə bütün reysləri ləğv edib. O cümlədən, Antalyadan Moskva və Sankt-Peterburqa ən azı 16 reys təxirə salınıb.

Избранный
0
1
publika.az

2Источники