3 ildən 7 ilə qədər həbsi istənən Zəfər Partiyasının sədri Ümit Özdağın məhkəməsi başlayıb. Ümit Özdağın vəkili onun səhhəti ilə bağlı xəstəxanaya aparıldığını açıqlayıb.
Ankara 26-cı Ağır Cəza Məhkəməsində keçirilən iclasda Ümit Özdağ və vəkili iştirak etməyib.
Məhkəmə sədri bildirib ki, vəkillər məhkəməyə gəlməmələri ilə bağlı üzrlü səbəb ərizəsi təqdim ediblər. Ümit Özdağın isə səhhətindəki problem səbəbilə xəstəxanaya yerləşdirildiyi və bu səbəbdən iclasa qatıla bilməyəcəyi bildirilib.
Qərarını elan edən məhkəmə sədri vəkillərin üzrlü səbəblərini qəbul edərək prosesin 8 iyul tarixinə qədər təxirə salındığını açıqlayıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта