RU

Sobacının Aybüke Pusatla bağlı ilk açıqlaması: TRT-nin qapısından içəri girməməli idi

Türkiyəli aktrisa Aybüke Pusat TRT kanalında yayımlanan “Teşkilat” serialından çıxarıldıqdan sonra kanalın baş direktoru Mehmet Zahid Sobacı ilk dəfə danışıb.

Publika.az xəbər verir ki, qatıldığı TBMM İctimai İqtisadiyyat Müəssisələri Komissiyasında danışan Sobacı aktrisanın boykot çağırışı dəstəyinə reaksiya verib.

"TRT-də heç kimin siyasi baxışları, həyat tərzi nəzərə alınmır. Araşdırılsaydı, Aybüke elə əvvəlcədən rol almazdı. Belə olan halda o, heç TRT-nin qapısından içəri girməməli idi. Amma “TRT-ni boykot et” deyən adamı kənarlaşdırmaq TRT-nin ən təbii haqqıdır”, - deyə o söyləyib.

Qeyd edək ki, ötən həftələrdə serialın prodüseri Timur Savcı da Aybüke Pusata seçim təklif etdiklərini, lakin aktrisanın güzəştə getmədiyini bildirib.

Избранный
0
publika.az

1Источники