RU

Azərbaycanın 9 klubuna avrokuboklarda iştirak üçün lisenziya verilib

Azərbaycanın 9 klubu avrokuboklarda iştirak üçün zəruri olan tələblərə cavab verir.

İdman.biz xəbər verir ki, bu, AFFA-nın Lisenziya Komissiyasının iclasında bəlli olub.

Misli Premyer Liqasında çıxış edən 10 klubdan 9-si qitə kuboklarına qatılmaq üçün sənədləri təqdim ediblər. “Araz-Naxçıvan”, “Qarabağ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Turan Tovuz” və “Zirə”nin müraciəti müsbət nəticələnib. Onlardan üçü kənarda qalacaq ki, “Neftçi” və “Sumqayıt” artıq şansını itirib.

Üç komanda isə avrokubok üçün müraciət də etməyib. Bunlar “Şamaxı”, “Kəpəz” və “Səbail”dir.

İki komanda isə qadınların avrokubok yarışlarına lisenziya alıb. Bunlar “Neftçi” və “Sumqayıt”dır.

İdman.biz

Избранный
0
idman.biz

1Источники