RU

Qurban Qurbanov ona barmaq silkələdi - Gecə həyatından əl çək, yoxsa…

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Kevin Medinaya xəbərdarlıq edib.

Ölkə.az sportinfo-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis ondan şəxsi həyatına diqqət yetirməsini istəyib.

Bildirib ki, əgər o, gecə əyləncələrindən vaz keçməsə, əsas heyətə dönməyəcək.

Kolumbiyalı legioner 2020-ci ilin yayından bəri «köhlən atlar»ın düşərgəsindədir. 32 yaşlı msüdafiəçinin müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq.

«Tank» ləqəbli cənubi amerikalı xeyli müddətdir ilk «11-lik»də yerini itirib. O, Sumqayıt»la Premyer Liqanın son matçında (2:0) da ehtiyatda qalıb.

Medinanın intizamsızlığı Qurbanovu belə sərt tədbir görməyə məcbur edib. Arxa xəttin mərkəz oyunçusu özəl həyatına diqqət yetirmədiyi üçün formadan düşüb.

Üstəgəl, tez-tez sarı və qırmızı vərəqə alır. Buna görə bir neçə dəfə cərimələnib.

Избранный
0
1
olke.az

2Источники