RU

"Heydər Əliyevin idmana və futbola göstərdiyi diqqət və qayğı hər zaman hiss olunub" - SABİQ FUTBOLÇU ŞƏRH ETDİ

"Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu idman siyasəti ilə bağlı əlbəttə onu deyə bilərəm ki, cənab Prezidentimizin bu gün uğurla davam edən idman siyasəti ilə idmanımız inkişaf edib və etməkdə də, davam edir". Bu sözləri SİA-ya açıqlamasında "Sumqayıt Futbol Klubun" baş məşqçisi Vaqif Cavadov deyib.

Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinə qovuşduğu gündən bu günə qədər Azərbaycan idmaçıları müxtəlif idman növlərində beynəlxalq nailiyyətlər qazanıb və bayrağımızı hər zaman zirvələrə qaldırıblar: "Həmçinin də futbolda da, böyük işlər görülüb. Ümidvaram ki, bu yöndə görülən işlərin yaxın zamanda çox böyük uğurları olacaq və futbolçularımız istər milli komanda baxımından, istərsə də klub səviyyəli komandalarımız beynəlxalq arenada ölkəmizi uğurla təmsil edəcəklər. İnanıram ki, idmanımız daha böyük nailiyyətlər qazanacaq və bizim Prezidentimiz cənab İlham Əliyevlə birgə daha böyük uğurlar qazanacayıq. Ümumilikdə, Heydər Əliyevin idmana və futbola göstərdiyi diqqət və qayğı, İlham Əliyevin bu siyasəti davam etdirərək daha da inkişaf etdirməsi, Azərbaycanın idman sahəsindəki uğurlarının təməlini qoymuşdur. Bu siyasət, həmçinin gənclərin sağlam həyat tərzini mənimsəməsi və ölkənin beynəlxalq nüfuzunun artması baxımından da böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev, atası Heydər Əliyevin başladığı idman siyasətini davam etdirərək, bu sahədə bir çox mühüm addımlar atmışdır. Onun rəhbərliyi altında Azərbaycanda müasir idman kompleksləri inşa edilmiş, idmançılara yüksək şərait yaradılmış və beynəlxalq yarışların keçirilməsi üçün zəmin hazırlanmışdır. Prezident İlham Əliyev, idmanın inkişafını Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq müəyyən etmişdir".

Müəllif: Ziya Hikmətoğlu
Избранный
0
sia.az

1Источники