“Neftçi”nin sabiq legioneri Kiril Petrov maraqlı açıqlama verib.
Sportinfo.az xəbər verir ki, ukraynalı müdafiəçi sevimli futbolçuları barədə danışıb.
34 yaşlı oyunçu sevimlilərindən ibarət rəmzi komanda seçib.
Onun Top-11-ində Ronaldinyo, Lionel Messi, Kriştianu Ronaldo kimi əfsanəvi futbolçular da yer alıb.
Petrovun sevimliləri sırasında 2008-09 mövsümündə ölkəmizdə “İnter”in (hazırkı “Şamaxı”) formasını geyinmiş, 2014-cü ildə vəfat etmiş Valentin Belkeviç də var.
Qapıçı: Aleksandr Şovkovski;
Müdafiəçilər: Kafu, Vircil van Deyk, Alessandro Nesta, Paolo Maldini;
Yarımmüdafiəçilər: Edqar Davids, Valentin Belkeviç, Ronaldinyo;
Hücumçular: Lionel Messi, Ronaldo, Kriştianu Ronaldo.
Kiril Petrovun son klubu Polşada “Korona” olub və hazırda azad agentdir. O, 2017-2019-cu illərdə “Neftçi”nin formasını geyinib.