RU

Ankara Universitetinin rektoru AzMİU-da: İkili diplom və elmi əməkdaşlığın əhatəsi genişlənir (FOTO)

Bakı. Trend:

Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan AnkaraUniversitetinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaatUniversitetinin (AzMİU) qonağı olub.

Trendxəbər verir ki, bu barədə AzMİU məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinə Ankara Universitetinin rektoruprofessor Necdet Ünüvar rəhbərlik edib.

Qonaqları AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova vəuniversitetin rəhbər heyəti qarşılayıb. Görüşdə iki qardaş ölkəarasında dərin tarixi və strateji münasibətlərin fonunda elm vətəhsil sahəsində əməkdaşlığın perspektivləri geniş şəkildə müzakirəolunub.

Görüş zamanı Ankara Universiteti ilə AzMİU arasında bir müddətəvvəl imzalanmış “Elektrik və elektronika mühəndisliyi” ixtisasıüzrə bakalavriat səviyyəsində ikili diplom proqramının hər ikidövlətin tənzimləyici qurumları tərəfindən təsdiqlənməsindənməmnunluq ifadə olunub. Proqramın inzibati və təşkilati məsələləriətraflı müzakirə edilib.

Bununla yanaşı, görüş çərçivəsində universitetlər arasında dahabir mühüm sənəd – “Daşınmaz əmlakın inkişafı və idarə edilməsi”ixtisası üzrə ikili diplom proqramına dair protokol imzalanıb.

Qeyd olunub ki, bu addım gənclərin təhsil imkanlarınıngenişləndirilməsilə yanaşı, AzMİU-nun beynəlxalq təhsil mühitinəinteqrasiyasını daha da gücləndirəcək.

Tərəflər, həmçinin elmi tədqiqat istiqamətində birgə fəaliyyətingenişləndirilməsi, alimlərin beynəlxalq indeksli jurnallarda ortaqməqalələrlə çıxış etməsi, hər iki universitetin elmi nəşrlərindənqarşılıqlı faydalanma, rəqəmsal oyunların inkişafı sahəsində ortaqtədqiqatların aparılması və birgə layihələrin hazırlanması kimiməsələləri də müzakirə ediblər.

Bildirək ki, bu səfər çərçivəsində imzalanmış yeni protokolAzMİU-nun beynəlxalq əməkdaşlıq strategiyasının növbəti uğurluaddımı kimi qiymətləndirilir. “Daşınmaz əmlakın inkişafı və idarəedilməsi” ixtisası üzrə ikili diplom proqramı ilə universitetin buformatda beynəlxalq müqavilələrinin sayı 12-yə çatdı. AzMİU-nundünyanın müxtəlif ölkələrinin aparıcı ali təhsil müəssisələri iləimzaladığı bu ikili diplom sazişləri tələbələrin qlobal bilik vəbacarıqlarla təchiz olunmasına, müəllimlərin elmi-mübadiləimkanlarının genişlənməsinə və universitetin beynəlxalq təhsilməkanında nüfuzunun daha da artmasına xidmət edir.

Ankara
Ankara
Ankara
Ankara
Ankara
Məqalədə:
Избранный
0
3
az.trend.az

3Источники