RU

Podqoritsada məktəblərdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Podqoritsa, 8 may, AZƏRTAC

Monteneqronun paytaxtı Podqoritsada 4 məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq olunub.

AZƏRTAC xəbər verir ki, polis əməkdaşları təhsil müəssisələrinə cəlb olunub və məktəblər dərhal boşaldılaraq axtarışlar aparılıb. Lakin heç nə aşkar edilməyib, xəbərdarlığın saxta olduğu məlum olub.

Nikşiç şəhərində də üç məktəbə bomba qoyulması barədə məlumat daxil olub. Polis axtarışları davam etdirir. Təhlükəsizlik təmin olunana qədər məktəblərə daxil olmaq qadağandır.

Xatırladaq ki, mayın 5-də də Podqoritsa və Nikşiçdə bir neçə məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilmişdi.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Избранный
0
1
azertag.az

2Источники