RU

Ernesto Valverde: “Mançester Yunayted”ə qarşı döyüşəcəyik”

“Atletik”in baş məşqçisi Ernesto Valverde Avropa Liqasının yarımfinalının “Mançester Yunayted”lə cavab oyunudan gözləntisini açıqlayıb.

Arena.az xatırladır ki, “basklar” ilk oyun çərçivəsində Bilbaoda – doğma “San-Mames”də gözlənilmədən 0:3 hesabı ilə məğlub olublar.

Ernesto Valverde cavab matçından öncə keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Mənim komandam bütün güc-qüvvəsini ortaya qoymaq üçün buradadır. Biz finalın bircə addımlığındayıq. Bu, futboldur, meydana çıxıb döyüşmək gərəkdir. Bilbaoda baş vermiş hadisə (0:3) indi bizim xeyrimizə işləyə bilər”, – UEFA-nın mətbuat xidməti ispan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, cavab oyunu çərçivəsində “Atletik” bu gün, mayın 8-də “Old Trafford”da “Mançester Yunayted”in sınağına çıxacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Əlavə edək ki, hər iki klub cari mövsümün Avropa Liqasını qazanmağa əsas namizədlərdir.

Избранный
0
arena.az

1Источники