RU

Hindistan gərginliyi azaltmaq istəmir - SƏFİR

“Hindistanın bölgədə vəziyyəti gərginləşdirmək istiqamətindəki cəhdləri davam edir. Hindistan ordusu Pakistandakı mülki hədəflərə zərbələr endirir”.

Bunu bu gün keçirdiyi mətbuat konfransında Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddin deyib.

Hindistanın ölkəmizə hücumu nəticəsində insanlarımız arasında həlak olanlar və yaralananlar var. Hindistan Pakistanla qarşılıqlı səfərlər haqqında qaydalara zidd olaraq, sərhədləri birtərəfli qaydada bağlayıb. Hazırda Hindistanın bölgədə vəziyyəti gərginləşdirmək istiqamətindəki cəhdləri davam edir. Hindistan ordusu Pakistandakı mülki hədəflərə zərbələr endirir. Bizim ordunun gördüyü tədbirlər nəticəsində bir sıra hədəflərə zərbələr endirilib, qarşı tərəfə məxsus pilotsuz uçuş aparatları sıradan çıxarılıb. Görünür ki, qarşı tərəf gərginliyi azaltmaq istəmir. Belə ki, bu gün səhər saatlarında Hindistanın dron hücumları davam edib, onlar sərhədlərimizə yaxın ərazilərdə qırıcı təyyarələrin uçuşlarını həyata keçiriblər”, - səfir qeyd edib.

Diplomat vurğulayıb ki, baş verənlərdən sonra rəsmi İslamabad tərəfsiz beynəlxalq araşdırmanın aparılmasını təklif edib.

Избранный
0
3
herbiand.az

4Источники