RU

İlin sonunadək “Bakı Metropoliteni”nin AİB ilə birgə fəaliyyəti nəzədə tutulur

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Asiya İnkişaf Bankının (AİB) Yeni yaranan sahələr üzrə enerji sektorunun direktoru Sindi Tiyankonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, görüş Bakı metrosunun fəaliyyətində yeni yaranan sahələrin inkişaf perspektivlərinin müzakirəsi və birgə əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədilə keçirilib.

Müzakirələr zamanı enerji səmərəliliyinin təmin edilməsi, metropoliten infrastrukturunun effektiv istismarı, mütərəqqi texnologiyalar, o cümlədən süni intellekt və data əsaslı qərarların qəbul edilməsi ilə səmərəyə nail olmaq üçün yeni konsepsiyanın hazırlanmasını özündə ehtiva edən 3 əsas istiqamət müəyyənləşdirilib.

Görüşdə, həmçinin atılacaq mərhələli addımların razılaşdırılması aparılıb. Həyata keçiriləcək tədbirlər “Bakı Metropoliteni” QSC-nin beynəlxalq bilik, təcrübə və ekspert mübadiləsindən istifadə etməklə hazırladığı layihələrin texniki-iqtisadi əsaslandırması və tətbiqindən ibarət olacaq.

Qeyd edək ki, 2025-ci ilin sonunadək bir neçə istiqamət üzrə birgə səmərəli fəaliyyətə başlanılması nəzərdə tutulur.

Избранный
0
11
azertag.az

10Источники