Ermənistanda cari ilin iyun ayının 3-dən avqustun 22-dək ehtiyatda olan sıravi, kiçik rütbəli zabitlər və ehtiyatda olan zabitlər üçün təlim-məşq toplanışları elan edilib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qeyd edilib ki, ehtiyatda olan hərbi qulluqçuların hərbi vərdişlərinin artırılması, peşə hazırlığının təmin edilməsi, ali təhsilli gizirlərdən ehtiyatda olan zabitlərin hazırlanması və döyüş növbəsinə cəlb edilməsi məqsədilə təlim-məşq toplanışı keçiriləcək.
Ağarza Elçinoğlu