RU

“Ya Rusiya dəyişəcək, ya dünya” - Zelenskidən qələbə mesajı

Ukrayna Prezidenti Volodimir Zelenski İkinci Dünya müharibəsində nasist Almaniyası üzərində əldə edilən qələbənin 80-ci ildönümü ilə bağlı xalqına müraciət yayımlayıb. Bu günün Nasizmə qarşı zəfər günü olduğunu qeyd edən Zelenski, İkinci Dünya müharibəsində 8 milyondan çox ukraynalının həyatını itirdiyini vurğulayıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski, təxminən üç il əvvəl Rusiyanın Ukraynaya qarşı müharibə başlatdığını xatırladaraq, “O zaman olduğu kimi, Kiyev səmasında yenidən həyacan siqnalı çaldı və pislik bir daha torpaqlarımıza çökməyə başladı”, - deyib.


Prezident Ukrayna xalqının müharibəyə baxmayaraq ölkədə yaşamağa və sülh üçün mübarizə aparmağa davam etdiyini vurğulayaraq, sülhün təmin olunmasını və barışın qalib gəlməsini istədiklərini bildirib:

 

"Bunun üçün mübarizə aparırıq. Rusiya köklü şəkildə dəyişəcək, ya da dünya dəyişəcək”.


O, həmçinin 80 il əvvəl olduğu kimi, dünyanın bu gün də “pisliyə” qarşı mübarizə aparmalı olduğunu qeyd edərək, dünyanın yenidən Rusiyanın Nasistlərdən təmizlənməsi və silahsızlandırılması prosesini həyata keçirməli olacağını deyib. 

 

Bəsti Rəfizadə
Sfera.az

Избранный
0
sfera.az

1Источники