Bakı. Trend:
Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs ölkəmizə ekstradisiyaedilib.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluqməlumat yayıb.
Bildirilib ki, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardımvə hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixliKonvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasınınvətəndaşları Yolçuyev Anar Elmar oğlu, Məlikli Reyhan Mirbala qızı,Aslanov Zamiq Qurbanəli oğlu və Zaxarov Elşən Musa oğlununekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri RusiyaFederasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsininmüvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərinitörətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrindətəqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbuledilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalqaxtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisindəsaxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusikonvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.