RU

"Qarabağ"la görüşdə qələbə qazanmağa çalışacağıq"

"Araz-Naxçıvan"ın futbolçusu Miço Kuzmanoviç Sportal.az saytına açıqlama verib.

O, komandasının Misli Premyer Liqasının 33-cü turunda "Sabah"la bərabərə(1:1) qalmasını şərh edib.

Kuzmanoviçin fikrincə, "Araz-Naxçıvan" bu görüşdə qalib gəlməyə yaxın olub:

"Hər iki komanda üçün maraqlı, həmçinin vacib görüş idi. Elə hər iki tərəf qələbə qazanmaq istəyirdi. Qazanacağımız qələbə rəqiblərlə xal fərqini artırmağımıza imkan verəcəkdi. Ancaq bərabərə qaldıq. Halbuki qol epizodlarımız oldu. Sadəcə yararlanmaq alınmadı. "Sabah" özü də yaxşı komandadır. Onlar da qol imkanları əldə etmişdi. Hər halda, artıq bu görüş geridə qaldı və biz növbəti oyunumuza hazırlaşmışıq". 

Bosniya və Herseqovinadan olan legioner Misli Premyer Liqasının 34-cü turunda qarşılaşacaqları "Qarabağ"la görüşdən gözləntilərini də bizimlə bölüşüb: "Hazırda "Turan Tovuz"dan 6 xal öndəik. Qarşıda 3 matç var. Qazanacağımıza qələbə bizim rəqiblərlə xal fərqimizi artıracaq. "Qarabağ"la qarşılaşacağıq. Ən yaxşı oyunumuzu göstərmək üçün maksimumu edəcəyik. Bu komandaya qarşı artıq bir neçə dəfə oynamışıq. Onlara qarşı necə oynamaq lazım olduğunu bilirik. "Qarabağ"la görüşdə qələbə qazanmağa çaşacağıq".

saytlarin hazirlanmasi

Избранный
0
sportal.az

1Источники