RU

Bu gün-sabah PKK silahlarını yerə qoyacaq - ƏRDOĞAN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın baş qərargahında bəzi nazirlər və millət vəkilləri ilə görüş keçirib.

Modern.az "Habertürk"ə istinadən xəbər verir ki, görüşdə əsas müzakirə mövzularından biri ölkədə terrorun tamamilə aradan qaldırılması prosesi olub.

Ərdoğan çıxışında terrorla mübarizə sahəsində aparılan işlərə diqqət çəkib.

"Bütün maneələri aşdıq. Bu gün-sabah PKK silahlarını yerə qoyacaq, təşkilat ləğv olunacaq. Bundan sonra isə həm bizim, həm də ölkə üçün yeni bir mərhələ başlayacaq. Bu prosesdə siyasətçilərə böyük rol düşür", – deyə Türkiyə lideri bildirib.

O, həmçinin bu mərhələnin diqqətlə və düzgün idarə olunmasının vacibliyini vurğulayıb. "Siyasi mənfəət güdənlər ola bilər. Buna da hazır olmalıyıq. Bizi asan bir proses gözləmir. Bu məsələdə sizə güvənirəm", – deyə Ərdoğan millət vəkillərinə səslənib.

Избранный
0
modern.az

1Источники