Çin fundamental məsələlərdə güzəştə getməyəcək və ABŞ-la müqavilə bağlamaq naminə ədaləti qurban verməyəcək.AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi He Yadonq bildirib.“Əgər onlar təzyiq və şantaj naminə danışıqların arxasında gizlənərək bir şey deyib, başqa bir şey edirlərsə, Çin bunu etməyəcək və razılaşma naminə öz prinsiplərini və ədalətini qurban verməyəcək. ABŞ tarif siyasətinin özü və dünya üçün ciddi mənfi təsirini dərk etməli və “səhv hərəkətləri düzəltməyə və birtərəfli artan tarifləri ləğv etməyə hazır olmalıdır" - deyə nümayəndə qeyd edib.Onun sözlərinə görə, Çin bərabər şərtlərlə dialoq aparmağa hazırdır, ancaq o halda ki, ABŞ da real addımlar atmağa, o cümlədən birtərəfli tarifləri ləğv etməyə hazır olsun.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта